
Saatlı rayonunda sakinlərin su problemi ilə bağlı etirazları artmaqdadır.
Dünən rayonun bir neçə kəndində yaşayan insanları çarəsizlikdən etiraz aksiyası keçirib.
Nəticədə polislə qarşıdırma yaranıb və xəsarət alanlar olub.
Saatlının kəndlərini Milli Məclisdə təmsil edən deputat Əziz Ələkbərli rayondakı vəziyyətlə bağlı Gununsesi.info-ya danışıb.
Onun sözlərinə görə, su problemi daima insanları narahat edən bir problemdir: “Saatlı rayonu elə bir regionda yerləşir ki, orada yeralti çaylar belə yoxdur. Hətta subartizan vurulması mümkün deyil. . Ona görə də əhali bütün ümidlərini Araz çayına bağlayıb. Dəfələrlə Milli Məclisdə çıxışim zamanı Saatlının su məsələsini qaldırmışam. Bu məsələ öz həllini tapmalıdır. Araz çayında getdikcə çətin bir vəziyyət yaranıb. Keçən il bu mövzuda Dövlət komissiyası yaradılıb. Görək, necə həlli yolu tapılır”.
Deputat seçildiyi bölgədə qaz məsələsinin də problem olduğunu deyib.
Polislə insanlar arasında baş verən toqquşmaya gəlincə, deputat bu haqda danışmaq istəmədiyini bildirib.
Elmar Elnuroğlu
Gununsesi.info