Sabah “20 yanvar” stansiyasının təmirə bağlanan çıxışı açılır - FOTOLAR

  • By admin
  • 07 Noyabr 2016 18:00

eks

Noyabrın 8-də  «20 Yanvar» stansiyasının bağlanmış 1-ci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

Bu haqda Gununsesi.info-ya  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qeyd edək ki, 1985-ci ildən istismarda olan «ET-5» tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın «Thyssen Krupp» şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş «Tugela» tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.
Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

ET-5 tipli üç eskalatorun istismar müddəti 2016-cı il iyul ayının 1-də başa çatmışdı.

eks1

Gununsesi.info