Sabah 39 dərəcə isti olacaq

  • By admin
  • 11 Avqust 2017 12:54

gunesli_hava_0587

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25°, gündüz  34-39° isti, dağlarda gecə 15-20°, gündüz  25-30° isti olacağı gözlənilir.