Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

  • By admin
  • 22 Avqust 2016 12:36

hava-1

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya  verilən məlumata görə, avqustun 23-də Bakı və Abşeron yarımadasında havaşəraiti günəşli olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

havanın temperaturu yarımadada gecə 20-25, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 55-65%, gündüz 25-35% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Gununsesi.info