Sabah Abşeron çimərliklərində suyun temperaturu 28 dərəcə isti olacaq

  • By ilhame
  • 05 Avqust 2024 13:20

Avqustun 6-da Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Gununsesi.info-ya bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Gununsesi.info