Sabah ANS-in məhkəməsi olacaq

  • By admin
  • 14 Sentyabr 2016 09:40

 

ans

HTML tutorial

Sabah “ANS” Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında növbəti məhkəmə prosesi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçiriləcək prosesdə ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

“ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.

Anar

Gununsesi.info