Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

  • By admin
  • 08 May 2017 12:24

asan

9 May Qələbə Günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri sabah işləməyəcək.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda Azərbaycanda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.

Gununsesi.info