Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Gununsesi.info”-ya verilən məlumata görə, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. İyulun 15-də paytaxt və yarımadada cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 15-də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarinda gecə 18-23 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəc isti olacaq. .
Gununsesi.info