Sabah Azərbaycanda təkrar parlament seçkiləri keçiriləcək

  • By admin
  • 17 İyun 2016 12:55

 

agdas

HTML tutorial

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan parlamentinə təkrar seçkilər keçiriləcək.

Gununsesi.info xəbər verir ki,  səsvermə sabah saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Həmin seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. Namizədlərdən Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir. O, partiyanın Ağdaş rayon təşkilatının sədridir. Ümid Partiyasının sədri İqbal Ağazadə də bu dairədən namizəddir. Digər namizədlər isə bitərəfdir.

90 saylı Ağdaş seçki dairəsinin 10  məntəqəsində veb-kameralar quraşdırılıb.

Bötüvlükdə seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyəcək. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.

Gununsesi.info