Bu barədə Gununsesi.info-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.

Sentyabrın 12-də ilk zəvvar qurupunu gətirəcək təyyarə yola çıxacaq.

Zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq.

Həmin gün hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək.

Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Gununsesi.info