Sabah “Azəriqaz”ın baş direktorunun sosial şəbəkələrdə canlı yayımı olacaq

Sabah, sentyabr ayının 7-də saat 15:00-da “Facebook” və “Instagram” (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

HTML tutorial

 

Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətlərini edə bilərlər.

Gununsesi.info