Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək

  • By admin
  • 24 Mart 2022 14:07

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 25 mart saat 11:00-da başlayacaq. 

Bu barədə Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi  və sosial şəbəkə fəalları (bloger) bu tədbirə dəvətlidir.

Gununsesi.info