
Milli Məclisin qəbul etydiyi Amnistiya aktın iyunun 15-dən etibarən icrasına başlanacaq. Milli Məclis H. Əliyev Fondununun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə daxil olan Amnistiya akt haqqında qanunu qəbul edib və qəbul edilən qərara əsasən Amnistiya aktının icrasına iyun ayının 15-də başlanacaq.
Amnistiya aktı 10 minə yaxın insana şamil ediləcək və 3500 nəfər isə birbaşa məhbusluqdan azad olunacaq. Amnistiya aktının icrası və nə müddətə başa çadırılacağ ilə bağlı olaraq millət vəkili Çingiz Qənizadəyə müraciət etdik. Millət vəkili Gununsesi.infoya açıqlamasında bildirdi ki, amnistiya aktı qanunvericilikdə nəzərdə tutulduğu kimi 4 ay müddətində deyil, yaxın 1 ay ərzində tam yekunlaşdırılaraq başa çatdırılacaq: “Düzdür, icra qanunvericiliyində amnistiya aktının icra müddəti 4 ay nəzərdə tutulub. Amma məndə olan məlumata görə, bu yaxın 1 ay ərzində amnistiya aktının icrası tamamilə yekunlaşaraq və amnistiyaya düşənlər azad olunacaq. Bu bir tərəfdən ona görə önəmlidir ki, Mehriban xanımın təşəbbüsü ilə belə bir addım atılıb və bu təşəbbüs alqışlara layiqdir. Digər tərəfdən isə cəzaçəkmə müəssisələrində böyük sıxlıq var idi. Amnistiya aktının icrasına qədər olan müddətdə həbsxanalarda müəyyən sıxlıq və digər problemlər yaranırdı. Artıq məhkumlar arasında sıxlıqla bağlı yaranan problemləri də bu amnistiya aktı həll edəcək”. Hümanist aktın icrasına müvafiq qurumlar daha çox maraqlıdır. Çünki cəzaçəkmə müəssisələrində problemlər həllini tapacaq. Ədliyyə Nazirliyi və Pentensiar xidmət bu qərarı yaxın zamanda həyata keçirəcək”.
Mürtəza