Sabah Bakıda 10 dərəcə isti olacaq – PROQNOZ

Martın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, mülayim cənub küləyi əsəcək.

HTML tutorial

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Martın 16-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Martın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gununsesi.info