
Sabah Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, gündüz əsasən yağmursuz, şimal-şərq küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 15-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Sabah Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.