Sabah Bakıda iki marşrutun yolu dəyişdiriləcək

  • By admin
  • 19 Aprel 2021 19:38

Sabah – aprelin 20-dən Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi – Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  – Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

Gununsesi.info