Sabah Bakıda silah və hərbi texnikaların sərgisi keçiriləcək

  • By admin
  • 26 Sentyabr 2016 09:50

exspo
Sabah “Baku Expo Center” Sərgi və Konfrans Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin nümayişi – II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2016” işə başlayacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX 2016” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.
Tədbirə olan böyük marağı nəzərə alaraq sərginin iş müddətini 4 günə qədər uzadılıb. Artıq 150-dən çox şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyi təsdiqlənib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə, Fransa kimi ölkələrlə yanaşı sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər də yer alır.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri “ADEX” sərgisində hərbi silahlar, radar qurğuları, döyüş sursatları, hərbi təchizat, mina əleyhinə sistemlər, elektron mühafizə vasitələri, yerdə, suda və havada mühafizə sistemləri, kosmik texnologiyalar, hərbi-dəniz texnikası və silahlar, aviasiya texnikasının modernizasiyası və təmiri üzrə proqramlar, texniki kəşfiyyat vasitələri, telekommunikasiya, optik elektron cihazlar, mühəndis qurğuları, xüsusi texnika, simulyatorlar və təlim proqramları, eləcə də bir çox digər məhsullar nümayiş etdiriləcək.
Qeyd edək ki, Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Müdafiə sənayesi sərgisi 2014-cü ildə keçirilib. “ADEX 2014” silah sərgisində dünyaca məşhur “MBDA”, “Thales”, “Damen Shipyards Group” şirkətlər qrupu, “Rostexnologiya” korporasiyası, “Rosoboroneksport” (Rusiya), “Denel” (Cənubi Afrika), “Norinco” (Çin), “Bell Helicopter” (ABŞ), “Flir Systems” (ABŞ), “Roketsan” (Тürkiyə), “Havelsan” (Тürkiyə), Çinin “Tochmash” Dəqiq Maşınqayırma Korporasiyası (“Precision Mechanical Engineering Corporation”), “Ukroboronprom” (Ukrayna), “Yugoimport” (Serbiya), “Paramount Group” şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır. Sərginin platin sponsoru qismində bütün dünya üzrə həm hərbi-dəniz, həm də kommersiya sektorunda keyfiyyətli gəmiqayırma işlərinə görə məşhur olan “Damen Shipyards Group” iştirak edib.

Anar
Gununsesi.info