Sabah Azərbaycanda hava necə olacaq?
Martın 27-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya XidmətindənGununsesi.info-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.












