Sabah Bakıda yağış, rayonlarda isə qar yağacaq - PROQNOZ

  • By admin
  • 23 Dekabr 2016 12:35

qar1

Bakı və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz  6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

Gununsesi.info