Sabah Bakının bu ərazilərində qaz KƏSİLƏCƏK

Sabah təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz”a istinadən xəbər verir.

“Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq”, – məlumatda qeyd olunur.

Gununsesi.info