Sabah Bakının bu rayonunda su olmayacaq - XƏBƏRDARLIQ

  • By admin
  • 18 İyul 2017 18:16

su

Magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar iyulun 19-da gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Gununsesi.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info