Sabah Biləsuvarın 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq

  • By ilhame
  • 04 Aprel 2024 19:00

Sabah Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

 

Gununsesi.info-nun məlumatına görə, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 min abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Gununsesi.info