Sabah Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq

  • By admin
  • 13 Dekabr 2021 17:06

Sabah – dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, məlumatı TASS yayıb.

HTML tutorial

Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.

Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.

Gununsesi.info