Sabah bu ərazidə qaz olmayacaq

  • By ilhame
  • 04 Mart 2024 20:51

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Gununsesi.info-ya bu barədə “Azəriqaz” İB-dən bildirilib.

 

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info