Sabah bu ərazilərdə də qaz olmayacaq

  • By Günel
  • 03 Oktyabr 2024 21:43

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar  sabah saat 10:00-dan 13:00-dək “Sərdərov adına BMZ (Digəh)” ölçü qovşağından, saat 09:00-dan işlər yekunlaşanadək “Ağcabədi” və “Beyləqan” ölçü qovşaqlarında qaz təchizatının dayandırılması planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Baksol ərazisinin, Zəngəzur yaşayış massivinin, Ağcəbədi şəhəri daxil olmaqla, rayonun 9 qəsəbə və 36 kəndinin, həmçinin, Beyləqan şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 6 küçəsinin qaz təchizatında fasilə müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info