Sabah bu ərazilərdə işıq olmayacaq

Şərur şəhərinin bəzi hissələrinə elektrik enerjisinin verilişində fasilə olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən fevralın 6-da planlı təmir-bərpa işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Şərur şəhər yarımstansiyasından qidalanan 3 nömrəli 10 kV-luq şəhər elektrik xəttində aparılan işlər səbəbindən saat 14:00-dan 16:00-dək Şərur şəhərinin Kapitan Seyidov, Səməd Vurğun və Mikayıl Müşfiq küçələrinə elektrik enerjisinin verilişi dayandırılacaq.