Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.
Gununsesi.info-nun xəbərinə görə, bunu Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
O bildirib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb.
Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı.