
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumatına görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Arabir güclənən şimal-qərbküləyi əsəcək.
Havanın temperaturu Bakıdavə Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq.
Atmosfer təzyiqinormadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 19-dahava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdəduman, çiskin olacaq.Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5dərəcə isti olacaq.
Gununsesi.info