Sabah “Cəfər Cabbarlı” stansiyasının birinci yolu açılır

  • By admin
  • 14 Dekabr 2016 09:30

c-cabbarli

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.

Gununsesi.info-nun xəbərinə görə, bunu Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

O bildirib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb.

Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı.