Sabah Çinin prezidenti ABŞ-a səfər edəcək

  • By admin
  • 05 Aprel 2017 14:46

TRAMP

Aprelin 6-7-si Çin Xalq Respublikasının prezidenti Si Tzinpin ABŞ-a səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, səfər zamanı Çinin prezidenti Si Tzinpin ABŞ prezidenti Donald Trampla görüşəcək.

Belə ki, görüş D. Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında baş tutacaq.

Görüş zamanı iki ölkə arasında ticarət və qlobal əlaqələr, eləcə də Cənubi Çin dənizindəki mübahisəli adalarla bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu, D. Tramp ilə Si Tzinpin arasındakı ilk görüş olacaq. Bəzi siyasətçilər məhz Si Tzinpinin ABŞ-a səfərini ABŞ-Çin əlaqələrində yeni səhifə açacağını düşünürlər.

Anar
Gununsesi.info