Sabah daha 53 nəfər Gürcüstandan Azərbaycana təxliyyə ediləcək

  • By admin
  • 20 Sentyabr 2020 23:03

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyyə ediləcək.

Gununsesi.info xəbər verir ki, təxliyyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyyəsi həyata keçirilib.

Gununsesi.info