Sabah delimitasiya üzrə komissiyanın iclası keçiriləcək

  • By ilhame
  • 30 Yanvar 2024 22:43

Sabah Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası keçiriləcək.

 

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu haqda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

 

Görüşün keçiriləcəyi yer açıqlanmayıb.

 

Qeyd edək ki, Azərbaycan komissiyasına Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən struktura isə Baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edir.

Gununsesi.info