Sabah dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

  • By ilhame
  • 12 Noyabr 2023 14:45

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 13-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

Gununsesi.info