Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Gununsesiaz.info-nun məlumatına görə, “Sabah” evdə “Səbail”i qəbul edib.
“Bank Respublika arena”da keçirilən görüş qolsuz başa çatıb. Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin heyətində moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 88-ci dəqiqədə “Sabah”ın yeni transferi Ramil Şeydayev meydana daxil olaraq təqribən 1,5 illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında debüt edib.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “Sabah” 6-cı pillədəki mövqeyini qoruyub. “Səbail” isə 19 xalla 7-ci sırada qalıb.
Tura bu gün keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Qəbələ”ni 2:0, “Keşlə” isə evdə “Zirə”ni 4:0 hesabı ilə məğlub edib.
Gununsesiaz.info