Sabah gözlənilən hava proqnozu

  • By admin
  • 26 Oktyabr 2016 12:55

hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə oktyabrın 27-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 9-14dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz2-7dərəcə isti olacaq.