
Sabah Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 10-dək davam edəcək.
Gununsesi.info