XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

24 May 2016 - 15:05

Sabah hava necə olacaq?PROQNOZ
Vector weather forecast icons

Vector weather forecast icons

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin gununsesi.info-ya verdiyi məlumatına görə, mayın 25-də Bakıda və Abşeron yarımadasında

mayin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə  şimşək çaxacağı, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə  intensiv olacağı, axşam isə havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə isə, mayin 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, mayın 26-27-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.