Sabah hava yağıntılı olacaq

Martın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir.

Axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşam 3°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

 

Gununsesi.info