Bu gün ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin növbəti doğum günü-yubileyidir.
Gununsesi.info xəbər verir ki, dekabrın 24-də dövlət başçısının 55 yaşı tamam olur və qeyd edək ki, artıq dünəndən etibarən dünya dövlətlərinin dövlət və hökumət başçıları tərəfindən İ. Əliyevə ünvanlanmış təbrik məktubları gəlir.
Qeyd edək ki, İ. Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Ailəlidir. Üç övladı, dörd nəvəsi var.
***
Mükafatları
28.04.2005 — “Heydər Əliyev” ordeni
“Kral Əbdüləziz” ordeni;
“Şərəf” ordeni;
“Mübarək əl-Kəbir” ordeni;
“Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi;
Bolqarıstan Respublikasının ali mükafatı – “Stara Planina” ordeni;
Belarus Respublikasının Dostluq ordeni;
Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;
“İlin adamı” – 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən təqdim edilib;
Yunanıstan parlamentinin Qızıl medalı;
“Şeyxülislam” ordeni;
Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni;
“Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni;
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı;
MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”;
“Birlik” ordeni;
“İsmoili Somoni” ordeni.
“Xalqlar dostluğu” ordeni
Birinci Dərəcəli Türkiyə Respublikası Dövlət Ordeni (2013) ;
Azadlıq Ordeni (2013) ;
Cənub-Cənub mükafatı (2015);
Bakı Dövlət Universitetinin Fəxri doktoru;
Linkoln Universitetinin Fəxri Doktoru;
Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru;
Bilkənt Universitetinin Fəxri Doktoru;
Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru;
Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru;
Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru;
Kyung Hee Universitetinin Fəxri Doktoru;
İordaniya Universitetinin Fəxri Doktoru;
Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru;
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru;
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru;
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru;
Belarus Dövlət Universitetinin Fəxri professoru;
Türk Hava Qurumu Universitetinin Fəxri Doktoru;
***
Fəxri vətəndaşlığı – Həştərxan şəhəri
Gununsesi.info