Sabah İranın Ədliyyə naziri Azərbaycana gəlir

  • By admin
  • 15 Fevral 2017 16:10
purmehmmedi
Sabah İranın Ədliyyə naziri Mustafa Purməhəmmədi Azərbaycana ikigünlük rəsmi səfərə gələcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlikdən bildirilib ki, səfər zamanı iranlı nazir Bakıda azərbaycanlı həmkarı Fikrət Məmmədov və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
 Səfər zamanı iranlı nazirin  dövlət başçısı İlham Əliyev tərəfindən də qəbul ediləcəyi gözlənilir.
 İranlı nazir Azərbaycanda keçirdiyi görüşlərdə iki ölkə arasında  əməkdaşlığın daha da genişləndirilməsini, xüsusi ilə də ədliyyə  sistemi sahəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info