Sabah İsmayıllıda su olmayacaq

  • By ilhame
  • 09 İyul 2024 19:37

İyulun 10-da İsmayıllının bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, buna səbəb Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.

Gununsesi.info