Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Gununsesi.info xəbər verir ki, açılış oyununda “Sabah” evdə “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran “Sabah” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 20 xalı olan “Kəpəz” isə 9-cu sırada qalıb.
Günün son oyununda “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq.
Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.
Gununsesi.info