Sabah Lənkaran və Lerikə qazın verilməsi dayandırılacaq

  • By admin
  • 22 Avqust 2016 18:20

qazzzz

Sabah Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, avqustun 23-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Lənkəran rayonun RVO, Narbağı və Qrumba, eləcə də Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Gununsesi.info