Sabah Milli Məclisin komitələri işə başlayır

  • By admin
  • 07 Sentyabr 2016 13:40

Milli Majlis

Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları öz işinə başlayır.

MM-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə  sabah ilk olaraq İctimai birliklər və dini qurumlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçiriləcək. Daha sonra digər komitələrin iclaslarına start veriləcək.

Sentyabrın 30-da isə MM-in payız sessiyasının ilk plenar iclası olacaq.

Mürtəza

Gununsesi.info