Martın 30-da daha on nəfər keçmiş MTN-çiyə hökm oxunacaq. Onların arasında üç general da var – nazirliyin Monitorinq Mərkəzinə rəhbərlik etmiş Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin sabiq rəisi Natəvan Mürvətova. Digər təqsirləndirilən yeddi nəfər isə onların müavini və işçiləri olub – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov.
Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun çıxardığı hökm Sabunçu Rayon Məhkəməsinin inzibati binasında elan olunacaq.
Məhkəmə heyəti bu iş üzrə hökm çıxarmaq üçün martın 15-dən müşavirədədir. Təqsirləndirilən şəxslər məhkəmədə son söz deyərkən özlərini təqsirli bilmədiklərini deyib, bəraət istəyiblər.
Xatırladaq ki, hakimdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7, Elşad Əzizovun isə 8 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini, əmlaklarının müsadirəsini təklif edib.
Gülər
Gununsesi.info