Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir

  • By admin
  • 10 Mart 2021 22:13

Azərbaycanda martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən mətbuata  verilən məlumata görə Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Martın 11-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5°, gündüz 5-8° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 2°-şaxtadan 3°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-3°, gündüz 4-7° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-5°, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-4°, gündüz 5-8 ° isti, dağlarda gecə 0-3°, gündüz 3-5° isti olacağı gözlənilir.

Gununsesi.info