“Sabah” onu birdəfəlik transfer etdi

  • By ilhame
  • 24 İyun 2024 20:07

“Sabah” ötən mövsüm komandada icarə əsasında çıxış edən Kahim Parrisi birdəfəlik transfer edib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb.

 

“Sabah” “Dinamo”dan aldığı vingerlə 4 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Kahim ötən mövsüm “Sabah”ın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 qolun ötürməsini edib.

Gununsesi.info