“Sabah” öz meydanında “Səbail”ə məğlub oldu

Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, “Sabah” klubu səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilmiş görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

HTML tutorial

Qonaqların heyətində qolları 33-cü dəqiqədə Coy-Lens Mikels, 46-cı dəqiqədə Ceyhun Nuriyev və əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Xuan Kamara vurub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Sabah” ili beşinci pillədə başa vurub. On xalı olan “Səbail” isə sonuncudur.

Tura bu gün oynanılacaq “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib, “Sumqayıt” isə “Keşlə”yə uduzub – 1:3.

Gununsesi.info