Sabah şagirdlərdən pul yığan müəllimlər işdən çıxarılacaq

  • By admin
  • 04 Oktyabr 2017 22:51

tehsil_nazirliyi

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

 

Gununsesi.info