Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, o bu gün baş tutan mətbuat konfransında Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:
“Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram”.
Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.









